Arazın komandası kubokun 1/8 finalına çıxdı

Sayta qoyulub: 09:51 11.01.2018 (130 dəfə oxunub)

Arazın komandası kubokun 1/8 finalına çıxdı

 

Kipr kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də bu turnirdə növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Ayia Napa” ilə üz-üzə gəlib. Görüş Futbolçumuzun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Araz bu matça da start heyətində başlayıb. Onun komandası 1/4 finala vəsiqə qazanmaq üçün yanvarın 17-də rəqib meydanında keçiriləcək oyunda da ən azı uduzmamalıdı.

XƏBƏR LENTİ