Türkiyə və Rusiya yoldaşlıq görüşü keçirəcəklər

Sayta qoyulub: 09:32 11.01.2018 (155 dəfə oxunub)

Türkiyə və Rusiya yoldaşlıq görüşü keçirəcəklər
 

DÇ-2018-dən kənarda qalan Türkiyə millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq. "Ay-ulduzlular" mundiala ev sahibliyi edəcək Rusiya yığması ilə üz-üzə gələcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə qarşılaşmanın iyunun 5-də, Rusiyada keçiriləcəyi qeyd edilib. Matçın başlama saatı və məkanı hələ ki, bəlli deyil. Xatırladaq ki, Türkiyə millisi martın 23-də İrlandiya, mayın 28-də isə İranla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

 
 

XƏBƏR LENTİ