Rəsmən: Daniil Kvyat Ferrari ilə müqavilə bağlayıb

Sayta qoyulub: 08:30 11.01.2018 (155 dəfə oxunub)

Ferrari-nin mətbuat xidməti xəbər yayıb ki, Daniil Kvyatla müqavilə imzalanıb – rusiyalı sürücü Skuderiyanın developer sürücüsü seçilib.

F-1.az xəbər verir ki, bu il Daniil çempionatın bütün mərhələlərinə komanda ilə birlikdə yollanacaq və komandaya simulyatordakı nəticələr barədə məlumat verəcək. İstisna deyil ki, Kvyat testlərdə sükan arxasında da çalışa bilər – amma komanda bu məlumatı təsdiq etməyib.

Xatırladaq ki, keçən mövsümün sonunda rusiyalı sürücü Red Bull-la əlaqələri kəsərək, Toro Rosso komandasını tərk etmişdi. Bir müddət onun Williams komandasında qalan vakant yerə əsas namizəd olduğu söylənilirdi, amma yekunda Kvyat Ferrari-də karyerasını davam etdirəcək. Yeri gəlmişkən, italyanların sponsorlarından biri olan Kaspersky Lab şirkəti Rusiyanı təmsil edir.

XƏBƏR LENTİ