Alonso Daytonaya nə fayda verə bilər?

Sayta qoyulub: 20:31 10.01.2018 (142 dəfə oxunub)

İMSA-nın rəhbəri Skot Aterton bildirib ki, Fernando Alonso Daytona yarışına olan marağı artıracaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin may ayında İndy500-də çıxış etmiş və fanları yarışı canlı izləmişdilər.

Skot Aterton: “Alonso kimi Formula1-də uğur qazanmış və hələdə karyerası davam edən sürücünün burada olması əladır. Keçən il İndy500-də çıxış edərək, ora olan marağı artırmışdı. İnanmırıq ki, bu hal təkrarlansın, amma burada olması çox vacibdir. İndy500-lə müqayisədə bu yarışın özünə xas cəhətləri var. 24 saat davam edir və hər şey bir anda dəyişə bilər. Burada fərqli kateqoriyalı maşınlarla yarışacaq. Hamımız onun İndy500-də nəyə qadir olduğunu və fərqli şəraitdə nələr edə biləcəyini gördük”.

XƏBƏR LENTİ