Toqo millisinin üzvü Azərbaycanda oynaya bilər

Sayta qoyulub: 19:03 10.01.2018 (133 dəfə oxunub)

Toqo millisinin üzvü Azərbaycanda oynaya bilər

 

Cənubi Afrika Respublikasının "Supersport Yunayted" klubunun futbolçusu Dove Vomenin karyerasını Azərbaycanda davam etdirmək variantı var. Bu barədə 26 yaşlı vingerin agenti Maykl Nqobeni məlumat verib. Agent bildirib ki, Vome üçün Azərbaycanda klub axtarır. Toqolu futbolçu mövsümün ilk hissəsini icarə əsasında "Orlando Payrets" klubunda keçirib. Qeyd edək ki, Vome 2009-cu ildən Toqonun əsas yığmasına dəvət alır.

XƏBƏR LENTİ