L.Stroll: “Vilnöv pis şeyləri görür”

Sayta qoyulub: 15:08 10.01.2018 (136 dəfə oxunub)

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, həmyerlisi Jak Vilnövün sözlərini ciddiyə almır.

F-1.az xatırladır ki, kanadalı sürücü 2017-ci ildə Formula1-də debüt etmiş və bəzi hallarda güclü performans göstərsə də, ümumilikdə qeyri-stabil çıxış etmişdi. 19 yaşlı sürücü Azərbaycan Qran Prisində podiuma yüksəlsə də, həmyerlisi Vilnöv bunun bir təsadüf olduğunu demişdi.

Ləns Stroll: “Onun dediklərini ciddiyə almıram. İstədiyini deyə bilər. Həmişə mənfi şeylər deyir. İndiyə qədər mənə heç dəstək olmadı. Sadəcə pis tərəflərimi görür. Ona qalsa, Bakıdakı podiumum da yaxşı deyil. Buna görə ciddiyə almıram”.

XƏBƏR LENTİ