P.Qasli: “Müasir F1-i hamı tənqid edir”

Sayta qoyulub: 14:34 10.01.2018 (151 dəfə oxunub)

Toro Rosso komandasının sürücüsü Pyer Qasli bildirib ki, müasir Formula1 yarışlarını çox adam tənqid edir.

F-1.az xatırladır ki, turbo motorlar idmana gəldikdən sonra 2017-ci ildə ilk dəfə iki fərqli komanda çempionluq uğrunda mübarizə apardı. Amma fanlar demək olar ki, təkər-təkərə mübarizənin şahidi ola bilmədilər.

Pyer Qasli: “Formula1 barədə pis sözlər demək istəmirəm. Çünki hazırda əksəriyyət Formula1-i tənqid edir. Bu mükəmməl seriyadır və insanlar müsbət düşüncədə olmalıdırlar.

Startda yer itirmək F1-in ən yaxşı nöqtələrindəndir. Sıralanma turunda əldə etdiyiniz yerdən başlamaq istəyirsiniz. Amma cəza alanlar arasında yarış olur. Biri 10 yer cəza alır deyə MGU-H və MGU-K generatorlarını dəyişirsiniz. Amma 15 yer cəza alıb onların gerisinə düşürsünüz. Amma daha sonra 25 yer itirən başqa birisi çıxır”

XƏBƏR LENTİ