“Kəpəz” Bakıda iki yoxlama oyunu keçirəcək

Sayta qoyulub: 11:40 10.01.2018 (93 dəfə oxunub)

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək. Klubun saytının yaydığı xəbərə görə, “sarı-göylər” yanvarın 13-də klubun əvəzedici heyəti, ayın 15-də isə aşağı liqa təmsilçisi “Sabah” ilə qarşılaşacaq. Hər iki matç saat 14:00-da başlayacaq və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək.

XƏBƏR LENTİ