Mercedes mühərrikləri son həddə qədər istifadə edir

Sayta qoyulub: 10:01 10.01.2018 (127 dəfə oxunub)

Mercedes komandasının baş mühəndisi Fil Pryu bildirib ki, mühərrikləri bacardıqları qədər limitlərdə istifadə ediblər.

F-1.az xatırladır ki, Mercedes-in güc qurğusu 2017-ci ilin ən dözümlüsü olub. Almanlar bir dəfə Lyuis Həmiltonla Braziliyada cəza alıblar. Dözümlülük problemləri ilə isə iki dəfə qarşılaşıblar. Birində Ləns Stroll sərbəst yürüşlərdə problem yaşamış, digərində isə Bottas İspaniya yarışında mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Fil Pryu: “Düzünü desəm, həmişə limitdə oluruq. Çünki performansı etibarlılığın limitlərinə görə təyin edirik. Hazırkı məhdudiyyəti anlamağa çalışırıq. Motorlarla daha çox məsafə qət etmək və elektrik sistemlərin etibarlılığını artırmaq istəyirik. Belə olan halda bu il cəzasız mövsüm keçirə bilərik. Bundan başqa mühərrikdən də maksimumu çıxarmağı bacararıq”.

XƏBƏR LENTİ