Samir Nəsri Meksika klubuna keçir

Sayta qoyulub: 19:59 09.01.2018 (138 dəfə oxunub)

“Antalyaspor”un futbolçusu Samir Nəsri karyerasını Meksikada davam etdirə bilər.


Fransalı yarımmüdafiəçi ilə Meksikanın “Tiqres” klubu danışıq aparır. Nəsrinin yanvarda bu komandaya qoşulacağı bildirilir.


Türkiyə mətbuatı da 30 yaşlı yarımmüdafiəçinin “Antalyaspor”dan ayırlmaq istədiyini yazıb.


Qeyd edək ki, S.Nəsri ötən ilin avqust ayında "Mançester Siti"dən "Antalyaspor"a keçib.

 

 

Samir Nəsri Meksika klubuna keçir

 

 

qol.az

XƏBƏR LENTİ