P.Zauberin ürəyini ağrıdan nədir?

Sayta qoyulub: 19:57 09.01.2018 (139 dəfə oxunub)

Sauber komandasının qurucusu Peter Zauber bildirib ki, son illərdəki pis gedişata görə məyusdur.

F-1.az xatırlaıdır ki, son iki mövsüm İsveçrə təmsilçisi üçün çox pis keçib və bu müddətdə cəmi 7 xal toplaya biliblər. Lakin Sauber komandası bu ildən etibarən Alfa Romeo ilə tərəfdaşlığa başlayır. Buna görə də əksəriyyət güman edir ki, isveçrəlilər yenidən yaxşı nəticələr göstərə bilərlər.

Peter Zauber: “Sözün açığı, son illər mənim üçün ağrılı keçir. Ən azından orta qrupda olmalı idik. Formula1-də İsveçrə komandasını 25 il saxlamaq mümkün deyildi. İndiki halda Ferrari, McLaren və Williams-dan sonra ən qoca komandayıq.

Alfa Romeo ilə olan tərəfdaşlıq komanda üçün vacib olacaq. Onları idarə edən Markionne kimi uğurlu iş adamıdır və bunun faydalarını vaxt keçdikcə görəcəyik. Sauber-i həmişə güclü görmək istəyirəm. Ümid edirəm ki, komanda özünə gələr”.

XƏBƏR LENTİ