"Kəpəz" Gürcüstandan futbolçu transfer etdi

Sayta qoyulub: 18:52 09.01.2018 (102 dəfə oxunub)

"Kəpəz" Gürcüstandan futbolçu transfer etdi

 

“Kəpəz”in transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Samtrediya”nın yarımmüdafiəçisi Giuli Manjqaladze Gəncə klubunun düşərgəsinə qoşulub. 26 yaşlı futbolçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Gürcüstan və Ukrayna vətəndaşı olan Manjqaladze ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib.

XƏBƏR LENTİ