"Slaviya"nın baş məşqçisi: "Fərid Nəbiyev" liderə çevriləcək"

Sayta qoyulub: 12:02 09.01.2018 (161 dəfə oxunub)

“Gənclər Liqasının final mərhələsində mövqeyimizi qorumalıyıq. Bu, bizim əsas məqsədimizdi”. Bu sözləri Praqa “Slaviya”sının U-21 komandasının baş məşqçisi Pavel Rehak deyib. 


O bildirib ki, komandada oynayan azərbaycanlı futbolçu Fərid Nəbiyev çox istedadlıdır və lider olacaq: “Qış hazırlığında futbolçularımız daha da irəliləyirlər. Həm fiziki, həm güc, həm də dözümlülük üzərində çalışırıq. Buna görə hər şeyin yaxşısına söz verirəm. Bəzi fərdi səhvlərimizdən xallar itirdik. Amma bəzi futbolçular, xüsusilə Andrey Sintean və Fərid Nəbiyev çox istedalıdırlar. Onların tank kimi olacağını, komandanın liderinə çevriləcəyini düşünürəm”.
 

XƏBƏR LENTİ