Millimizin keçmiş üzvü "Keşlə"də baxışda

Sayta qoyulub: 10:39 09.01.2018 (131 dəfə oxunub)

Hazırlığını davam etdirən “Keşlə” daha bir futbolçunu sınaqdan keçirir. Dünən komandanın düşərgəsinə yeni oyunçu qoşulub. Söhbət çempionatın ilk yarısını “Kəpəz”də keçirmiş Məhəmməd Qurbanovdan gedir. 25 yaşlı yarımmüdafiəçi öz istəyi ilə Gəncə təmsilçisindan ayrılmışdı. Qurbanovun karyerasını “Keşlə”də davam etdirmək şansı var. Bunun üçün o, bakılıların düşərgəsində baxışdan uğurla keçməlidi.

 

İki gün öncə “Keşlə”nin düşərgəsinə daha bir futbolçu İdris Musluyev də baxışa cəlb olunmuşdu. Baş məşqçi Yuri Maksimov hər iki oyunçu ilə bağlı yekun qərarı yaxın günlərdə verəcək.

 

Qeyd edək ki, qış fasiləsində Elnur Abdullayev, Samir Zərgərov, Mirsahib Abbasov və İlkin Qırtımovla yolları ayıran “Keşlə” əvəzində Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio və Vaqif Cavadovla anlaşıb.

XƏBƏR LENTİ