Sneyder Qətər klubu ilə müqavilə bağladı

Sayta qoyulub: 07:48 09.01.2018 (114 dəfə oxunub)

Hollandiya millisinin üzvü Uesli Sneyder Qətərin “Əl-Qarafa” klubu ilə müavilə imzalayıb.


Bu barədə klubun rəsmi saytı xəbər yayıb.


Sneyder yeni klubu ilə 1.5 illik müqavilə bağlayıb. O, 10 nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, “Ayaks”, “Real”, “İnter” və “Qalatasaray” kimi klublarda çıxış edən 33 yaşlı yarımmüdafiəçinin son komandası “Nitsa” olub.

 

 

Sneyder Qətər klubu ilə müqavilə bağladı

 

 

 

qol.az

XƏBƏR LENTİ