M.Andretti: “Ferstappeni dayandırmaq mümkünsüzdür”

Sayta qoyulub: 07:45 09.01.2018 (100 dəfə oxunub)

Formula1 üzrə Dünya Çempionu Mario Andretti bildirib ki, Maks Ferstappen qələbə qazanmağa başlasa, onu saxlamaq çətin olacaq.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü artıq 3 dəfə yarış qazana bilib və gələcəyin çempionluğa namizədlərindən sayılır.

Mario Andretti: “Maks qələbə qazanmağa başlasa, onun qarşısını heç kim ala bilməz. Qələbələr və çempionluqlar qazanması üçün yetəri qədər təcrübəsi var. Demək olar ki, səhv etmir. İnanılmaz işlər görür və 20 yaşı olduğunu nəzərə alsaq, təəccüblü haldır. Güclü bolidi olsa, onu heç kim dayandıra bilməz”.

XƏBƏR LENTİ