“Barselona” Koutinyonu təqdim etdi

Sayta qoyulub: 19:58 08.01.2018 (159 dəfə oxunub)

Braziliya millisinin üzvü Filipe Koutinyonun “Barselona”ya keçidi rəsmiləşib.


 25 yaşlı yarımmüdafiəçi ilə bu gün 5,5 illik müqavilə imzalanıb. 


İmzalama mərasimindən sonra “Barselona” yeni transferini “Nou Kamp”da azarkeşlərinə təqdim edib.


Qeyd edək ki, kataloniyalılar Koutinyo üçün “Liverpul”a ümumilikdə 160 milyon avro ödəyəcək ki, bu, İngiltərə futbolunda rekord transfer məbləği hesab olunur. Koutinyo dünya futbolunda isə Neymar (PSJ, 222 milyon avro) və Mbappedən (PSJ, 180 milyon avro) sonra ən bahalı transferdir.

 

 

“Barselona” Koutinyonu təqdim etdi

 

 

 

qol.az

XƏBƏR LENTİ