"Səbail"in Türkiyədəki rəqibləri məlum oldu

Sayta qoyulub: 18:56 08.01.2018 (112 dəfə oxunub)

“Səbail” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ərzində dörd yoxlama oyunu keçirəcək. Sınaq rəqiblərindən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib.

 Premyer Liqamızın debütantı 12 günlük hazırlıq prosesi çərçivəsində yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq. Oyunların saatları və digər rəqibin adı dəqiqləşdikdən sonra məlumat veriləcək. Qeyd edək ki, "Səbail"in yanvarın 20-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək.

XƏBƏR LENTİ