UEFA 4 klubumuza maliyyə vəsaiti ayırdı

Sayta qoyulub: 18:48 08.01.2018 (133 dəfə oxunub)

2016/17 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Fair Play qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar. Cərimələrdən toplanmış vəsait  UEFA Çempionlar Liqası  və Avropa Liqası turnirlərində iştirak etmiş digər klublar arasında bölünüb. Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80% , təsnifat mərhələsində çıxış edən klublar üçün 20%  nəzərdə tutulub. UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb:

 
Qarabağ -  78300.00 avro
Qəbələ - 78300.00 avro
Neftçi -  8540.00 avro
Kəpəz – 8540.00 avro

XƏBƏR LENTİ