Ferrari-də daha bir ayrılıq…

Sayta qoyulub: 12:12 08.01.2018 (102 dəfə oxunub)

Britaniya mətbuatının yaydığı xəbərə əsasən, 2014-cü ildən etibarən Kimi Rəykkönenin yarış mühəndisliyini edən Deyv Qrinvud vəzifəsindən gedib və onu artıq Toro Rosso komandasından Marko Matassa əvəz edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2014-cü ildə Ferrari-yə qayıtdıqdan sonra onun yarış mühəndisliyini Antonio Spanqnolo etmiş, amma mövsümün sonunda bu vəzifəyə Qrinvud gətirilmişdi. Qeyd edək ki, Qrinvud Ferrari-yə Manor komandasından keçmişdi. Bəzi söz-söhbətlərə əsasən, Deyv Ferrari-dən ayrılaraq WEC-də çıxış edən Manor komandasına keçəcək. Buna görə də Ferrari komandası Toro Rosso-dan Marko Matassa ilə müqavilə bağlayıb.

XƏBƏR LENTİ