MS və Arsenalın Sançesə görə razılığı 10 milyona ilişib

Sayta qoyulub: 09:05 08.01.2018 (239 dəfə oxunub)

Arsenal və MS Aleksis Sançesin keçidi ilə bağlı ilk danışıqlarını həyata keçirib. Məlumata görə Mançester təmsilçisi qarşı tərəfə 25 milyon funt təklif edib. 

 

Müqaviləsi yayda başa çatacaq 29 yaşlı forvard üçün isə Arsenal 35 milyon istəyir.Mançester Sitinin idman direktoru Çiki Begiristayn danışıqlar zamanı klubun təklifini irəli sürüb.

 

Arsenalın güzəştə getməyəcəyi təhlüksəi də mövcuddur. Ola bilsin ki, London təmsilçisi puldan imtina edərək yaya qədər forvardı komandada saxlasın.

XƏBƏR LENTİ