Həmilton C.Əllisonu təəccübləndirib

Sayta qoyulub: 07:51 18.12.2017 (116 dəfə oxunub)

Mercedes komandasının texniki direktoru Ceyms Əllison dördqat Dünya Çempionu Lyuis Həmiltona təriflər yağdırıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk yarısından sonra çempionatda ikinci olsa da, ikinci yarıda 5 qələbə qazanaraq, karyerasının 4-cü çempionluğunu əldə etmişdi.

Ceyms Əllison: “Bütün rekordları qırsa da, onun qələbəyə olan aclığı təəccüblüdür. Sıralanma performansı şübhəsiz güclüdür. Yarış günü də az hallarda səhv edir. Səhv edəndə də özünü günahkar sayır. Kiçik səhvləri qəbul etmək olar. Hər şeyi batıranda qışqırıb hamını günahkar sayan sürücülərlə işlədim. Lyuis belə etmir.

Bakıda başlığı pis bərkidəndə sakit davrandı. Avstriyada ötürmələr qutsunu dəyişdirəndə də soyuqqanlılığını qorudu. Bir sürücünün belə şeylər etməsi xoşdur”.

XƏBƏR LENTİ