"Neftçi" keçmiş qapıçısını qaytarır

Sayta qoyulub: 18:16 17.12.2017 (161 dəfə oxunub)

"Neftçi" klubu yeni qapıçı axtarışlarına başlayıb. İlkin hədəf kimi "Qəbələ"də çıxış edən Aqil Məmmədovun geri qaytarılması nəzərdə tutulub. 

 

"Qırmızı-qaralar"la mövsümün sonunadək müqaviləsi olan Məmmədov oyun praktikası sarıdan əziyyət çəkir. O, yaxın ətrafına komandadan ayrılmaq istədiyini deyib. "Neftçi" isə komandadan gedişi gözlənilən Maksim Vaylonun əvəzinə 28 yaşlı qolkiperin transferində maraqlıdır. Flaqman Səlahət Ağayevin ciddi zədələnməsi üzündən mövsümün ilk yarısındakı əksər qarşılaşmalarda Rəşad Əzizlinin xidmətindən yararlanıb. Məmmədov 2015-2016 mövsümündə də "ağ-qara" formanı geyinib. Onu geri qaytarmaqla, "Neftçi" qapıçı mövqeyində rəqabət yaratmaq istəyir. 

 

Qeyd edək ki, Maksim Vaylo ilə I Diviziondan "Sabah" maraqlanır. Onun Ukraynada çıxış etmə variantı da var

 

 

sportnet.az.  

XƏBƏR LENTİ