İlk 20-liyə düşən Simeone reytinqdə birincidir

Sayta qoyulub: 18:11 17.12.2017 (203 dəfə oxunub)

İspaniya çempionatının 16-cı turunda Atletiko evdə Levanteni  (1:0) məğlubiyyətə uğradıb.

 

Bu qələbə Dieqo Simeone üçün La liqada 145-ci olub. Bununla da o , İspaniya çempionatının yüksək divizionunda qələbələrin sayına görə ilk 20-liyə düşüb.

 

Eyni zamanda Simeone hamı arasında faiz göstəricisinə görə birincidir.O 228 oyunda 145  (63,9%) qələbə qazanıb.2-ci yerdə mərhum Yoxan Kroyf var. Onun Barsa ilə göstəriciləri300 oyunda 179 (59,66%) qələbədir.

 

Qələbələrin sayına görə ümumi siyahıya Luis Araqones (344) başçılıq edir, Migel Munyos (323) 2-ci, Xavyer İrureta isə (259) 3-cüdür.

 

İlk 20-liyə düşən Simeone reytinqdə birincidir

XƏBƏR LENTİ