Qurban Qurbanov millidə 1 milyon manat qazanacaq

Sayta qoyulub: 18:00 17.12.2017 (224 dəfə oxunub)

Azərbaycanın Futbol Federasiyası ilə 6 illik müqavilə bağlayan Qurban Qurbanovun illik qazancı məlum olub.

Təcrübəli mütəxəssis yeni sözləşməyə əsasən, hər il üçün 1 milyon manat alacaq. 

Qurban Qurbanovun komandası 2020-ci ildə keçiriləcək Avropa Çempionatına vəsiqə qazanarsa, məşqçi 200 min manat əlavə gəlir əldə edəcək. 

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycanda illik qazancı 1,2 milyon avro idi.

XƏBƏR LENTİ