Obameyanqın müqaviləsi artırılsa da Borussiya bu barədə məlumat verməyib

Sayta qoyulub: 17:51 17.12.2017 (139 dəfə oxunub)

Bir müddət əvvəl Borussiya Dortmund klubu Pyer Emerik Obameyanqla müqavilənin müddətini 2021-ci ilə qədər artırıb.

 

Lakin alman klubu bu barədə rəsmi məlumat yaymayıb. Rəsmi informasiyaya görə qabonlu forvard Dortmund təmsilçisi ilə 2020-ci ilə qədər bağlıdır.

 

Bu gün klubun idman direktoru Mixael Tsork Sky telekanalının Wontorra verilişində futbolçunun hazırki müqaviləsinin 2021-ci ilə qədər olduğunu bildirib.

 

Obameyanqın müqaviləsi artırılsa da Borussiya bu barədə məlumat verməyib

XƏBƏR LENTİ