Azərbaycanda qış transfer pəncərəsinin vaxtı müəyyənləşdi

Sayta qoyulub: 17:49 17.12.2017 (271 dəfə oxunub)

Azərbaycanda 2017/2018-ci illər mövsümü qış transfer pəncərəsinin vaxtı məlum olub.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən verilən xəbərə görə, klublar 13 yanvar – 9 fevral tarixlərində transferlərini rəsmiləşdirə bilərlər.

Qeyd edək ki, Topaz Premyer Liqasında qış fasiləsi 2018-ci ilin fevralın 10-da başa çatır.

XƏBƏR LENTİ