Dəniz Yılmaza 3 təklif

Sayta qoyulub: 17:46 17.12.2017 (193 dəfə oxunub)

Türkiyə "Bursaspor"unda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmaza Super Liqanın 3 klubundan təklif gəlib.


Hazırda həmin klublarla danışıqlar gedir.


Lakin onların adları açıqlanmır. Yılmazın illik əmək haqqı 1 milyon 64 min türk lirəsi olsa da, gözlənilən oyunu sərgiləmir. O, cari mövsümdə cəmi 4 matça çıxıb və üst-üstə 248 dəqiqə meydanda olub. Bugünlərdə 29 yaşlı hücumçu "Bursaspor"dan 1 milyon TL-lik borcunu hədə yolu ilə alıb.


Qeyd edək ki, Dəniz Yılmaz Azərbaycan millisinin son oyunlarına çağırılmayıb.

 

 

Dəniz Yılmaza 3 təklif

 

 

 

qol.az

XƏBƏR LENTİ