"Zirə"də ilk ayrılıq

Sayta qoyulub: 18:31 15.12.2017 (215 dəfə oxunub)

“Zirə”də ayrılıq baş tutub. "qartallar" David Manqa ilə yollarını ayırıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

28 yaşlı David Manqa Fransanın PSJ klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqa "Zirə"yə İsrailin “Hapoel Aşkelon” klubundan keçmişdi. David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

XƏBƏR LENTİ