Suonsi Sanşeşi geri qaytarır

Sayta qoyulub: 12:00 15.12.2017 (240 dəfə oxunub)

Reanato Sanşeş böyük ehtimalla yanvarda Suonsidən Bavariyaya dönəcək.

 

Avqust ayında Uels klubu gənc futbolçunu bir illik icarəyə götürmüşdü.

 

Portuqaliyalı futbolçu burada özünü yaxşı tərəfdən göstərə bilməmiş və cəmi 9 oyunda meydanda olmuşdu.

 

Klubların heç biri bu vəziyyətdən razı deyil və yanvarda sözləşməyə xitam vermək fikrindədir.

 

Qeyd edək ki, Sanşeş bu mövsüm artıq iki klubun heyətində çıxış edib. İcarəyə göndərilməmişdən əvvəl yarımmüdafiəçi Bavariyanın heyətində Almaniya superkubokunda oynayıb. Bu isə o deməkdir ki, Bavariya onu bu mövsüm artıq başqa kluba icarəyə vermək ixtiyarında deyil.

 

Suonsi Sanşeşi geri qaytarır

XƏBƏR LENTİ