Maskerano qərarını qətiləşdirdi

Sayta qoyulub: 08:52 15.12.2017 (331 dəfə oxunub)

Barselonanın müdafiəçisi Xavyer Maskerano qışda klubunu tərk etmək qərarına gəlib. İspaniya mətbuatının məlumatına görə argentinalı futbolçunun qərarı qətidir.


Bu qərar artıq müzakirə edilməyəcək. İspaniya klubu isə 33 yaşlı futbolçunun Çinin Xebey Çayna Forçun komandasına keçməsinə əngəl yaratmayacaq. Hətta qərara Çin klubunun futbolçuya görə Barsaya ödəyəcəyi məbləğin sayı da təsir etməməlidir. Qeyd edək ki, 33 yaşlı futbolçu üçün 6 milyon avro təklif edilir.Barselonanın istəyi isə 10 milyon avro idi.

 

Maskerano qərarını qətiləşdirdi

XƏBƏR LENTİ