Azərbaycanlı futbolçu Spartaka qayıtdı və millimiz gaqda danışdı

Sayta qoyulub: 15:09 14.12.2017 (324 dəfə oxunub)

Rusiya gənclər yığmasının üzvü Ayaz Quliyev Anjidəki icarədən Spartaka qayıtdığını və milli komandamızda oynama perspektivi haqda danışıb.


«Artıq Spartaka qayıtmışam. Sonrası necə olacaq , bilmirəm.Fikrimcə Qurban Qurbanov milli komandanın baş məşqçisi olmağa layiqdir. O bu postda bir qədər də inkişaf edəcək. Mənim Prosineçkiyə də münasibətim pis deyildi. Sadəcə olaraq , milli seçimiylə bağlı hələlik qəti qərar qəbul etməmişəm. Sözsüz ki, Qurbanov görüşmək istəsə , imtina edə bilmərəm. Əlbəttə ki, görüşərəm», — deyə Ayaz Quliyev qeyd edib.

XƏBƏR LENTİ