Futzal çempionatında 10-cu tur başa çatıb

Sayta qoyulub: 13:09 14.12.2017 (164 dəfə oxunub)

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 10-cu turun oyunları keçirilib. Yarışın lideri “Araz”ın istirahət etdiyi turda Naxçıvan təmsilçisinin ən yaxın izləyicisi qələbə qazanıb. “Marafon Futsal” EKOL-la qarşılaşmada 6:2 hesabına sevinib. Bu qələbədən sonra liderlə izləyicisi arasında xal fərqi minimuma enib. EKOL-un uduzmasından yararlanan “Neftçi” İK isə xal hesabında onları arxada qoyub. Sonuncular “FK. İD. Futsal” ilə matçda 1 xala seviniblər. Autsayderlərin durlində isə “Yasamal” “Xəmsə”dən güclü olub.


Futzal üzrə Yüksək Liqa
10-cu tur

13 dekabr


“Marafon Futsal” - EKOL 6:2
Qol: İ. Hacıyev, 16:13 (penalti), 31:46, O. Talebi, 23:30, 35:35, R. Sultanov, 32:32, S. Məmmədov, 35:48 // F. Atakişiyev, 10:51, R. Əhmədov, 29:23
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Bakı İdman Sarayı. Saat 14:30.


“Yasamal” – “Xəmsə” 5:3
Qol: M. Hayatbini, 7:10, O. Orazi, 9:21, Vüsal Səfərov, 11:43, V. Vorobyov, 14:32, 33:33 // Y. Ağakərimzadə, 7:36, 32:07 (6 metrlik), Q. İsmayılov, 9:35
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Azad Hüseynov
Bakı İdman Sarayı. Saat 16:00.


“FK.İD.Futsal” – “Neftçi” İK 3:3
Qol: R. Balakişiyev, 26:50 (avtoqol), 27:10 (avtoqol), E. Quliyev, 29:10 // T. Qurbanov, 15:32, D. Xolerdi, 16:35, M. Eybeli, 30:27
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov
Qırmızı vərəqə: T. Qurbanov, 28:03.
Bakı İdman Sarayı. Saat 17:30.

XƏBƏR LENTİ