Azərbaycan Kuboku: "Keşlə" yarımfinalda

Sayta qoyulub: 13:02 14.12.2017 (137 dəfə oxunub)

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olub. Burada "Kəpəz" ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə paytaxt təmsilçisi yarımfinala yüksəlib.
Günün digər matçında isə "Neftçi" "Zirə"ni qəbul edəcək. İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" Topaz Premyer Liqada da bu rəqibə qalib gələ bilmir. Tərlan Əhmədovun komandası növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.


14 dekabr (cümə axşamı)

13:00.“Kəpəz” – “Keşlə” - 2:3
Qollar:
 Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)
İlk oyun - 0:2
Hakimlər:
 Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19:00.“Neftçi” – “Zirə”
İlk oyun - 0:1
Hakimlər
: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena"

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

 Yarımfinal cütlükləri

"Keşlə"/“Sumqayıt” – “Qarabağ”

XƏBƏR LENTİ