“Qarabağ”ın hazırlıq planı məlum oldu

Sayta qoyulub: 10:02 14.12.2017 (186 dəfə oxunub)

“Qarabağ”ın qış fasiləsindəkı hazırlıq planı müəyyənləşib.


Digər klublar kimi “Qarabağ” da bu qış Antalyaya üz tutacaq. Komanda yanvarın 9-da Türkiyəyə yollanacaq.


Qurban Qurbanovun komandası fevralın 4-nə kimi qardaş ölkədə təlim-məşq toplanışında olacaq. 25 günlük hazırlıq prosesi çərçivəsində “Qarabağ”ın 5 və ya 6 yoxlama oyunu keçirəcəyi gözlənilir. Rəqiblər bilinsə də, bəzi detallar dəqiqləşmədiyindən adları hələlik açıqlanmır. İlk yoxlama matçının ayın 17-də keçiriləcəyi nəzərdə tutulub.


Yaxın günlərdə klubdan hazırlıq planı ilə bağlı rəsmi açıqlama veriləcək.

 

 

 

“Qarabağ”ın hazırlıq planı məlum oldu

 

 

qol.az

XƏBƏR LENTİ