Musa Qurbanov "Zaqatala"dan istefa verir

Sayta qoyulub: 09:40 14.12.2017 (177 dəfə oxunub)

Musa Qurbanov “Zaqatala”nın prezidenti postundan istefa verməyə hazırlaşır. Buna səbəb komandanın iddiasız olmasıdır. AFFA-dan ayırılan büdcə güclü komanda yaratmaq üçün yetərli deyil. Bu səbəbdən də komandaya güclü futbolçular dəvət etmək mümkün deyil. Buna görə də zaqatalallar hazırda I Divizionda autsayderdir. Qurbanov sportinfo.az-a açıqlamasında məlumatı təsdiqləyib. Hətta AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək fikirini ona çatdırdığını da bildirib. İndi isə AFFA-dan gələcək yekun sözü gözləyir.

 

XƏBƏR LENTİ