Mirabelli:"Donnarumma heç vaxt getmək istədiyini söyləməyib"

Sayta qoyulub: 08:40 14.12.2017 (158 dəfə oxunub)

Milanın idman direktoru Massimiliano Mirabelli Donarummanın düşdüyü vəziyyətə münasibət bildirib.Guya 18 yaşlı qapıçı rəhbərliyə məktub göndərərək müqavilənin pozulmasını tələb edib. Buna görə qapıçı  azarkeşlərin təzyiqinə məruz qalıb.


«Bizim siyasətimiz bəllidir. Heç kimi satmaq fikrində deyilik.Əgər futbolçu getmək istəsə , birinci növbədə bizə xəbər verməlidir.


Cici – qeyri-adi oğlandır.Bir neçə dəqiqə əvvəl danışmışıq. Heç vaxt getmək istəyini söyləməyib. Lakin kimlərsə vəziyyəti qəlizləşdirmək istəyir.


Fanatların təəssüf hissi keçirdiyini bilirəm. Lakin onlar futbolçuları təhqir etməməlidirlər.


Donnarumma Milanı sevir.Biz onun arxasındayıq. Vaxt gələcək Cici haranın yaxşı olduğunu daha da yaxşı anlayacaq», — deyə Mirabelli bildirib.

XƏBƏR LENTİ