Türkiyə superliqası. Tanınmış braziliyalı mütəxəssis istefaya göndərildi

Sayta qoyulub: 12:17 07.12.2017 (189 dəfə oxunub)

Türkiyə superliqasının klublarından olan Antalyaspor baş məşqçini istefaya göndərib. Antalyasporun çalışdırıcısı  Leonardo Araujo, məşq öncəsi futbolçularla vidalaşaraq işini tərk edib. Xatırladaq ki, braziliyalı mütəxəssis Rıza Çalımbayın istefasından sonra bu posta gətirilmişdi.

 

Braziliyalı mütəxəssisin rəhbərliyi altında Antalyaspor 8 görüşün 5-də məğlub olmuş,  2 oyunda qələbə qazanmışdı.Haırda komanda 13 xalla turnir cədvəlinin 14-cü slırasındadır. 


Türkiyə superliqası. Tanınmış braziliyalı mütəxəssis istefaya göndərildi

XƏBƏR LENTİ