Kamran Ağayevin yeni klubu müəyyənləşdi

Sayta qoyulub: 11:17 07.12.2017 (355 dəfə oxunub)

Milli komandamızın qolkiperi Kamran Ağayevin yeni klubu müəyyənləşib. Təcrübəli əlcək sahibi qış fasiləsindən sonra paytaxtın “Keşlə” klubunun şərəfini qoruyacaq.

Onunla ilyarımlıq müqavilə imzalanacağı gözlənilir. Qolkiper dünəndən Bakıdadır və Topaz Premyer Liqasının II dövrəsi başa çatdıqdan sonra tərəflər münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, Ağayev Çexiya “Mlada”sı ilə müqaviləsinə ikitərəfli razılıq əsasında xitam verib.

XƏBƏR LENTİ