Ş.Bratçes: “Loqo dəyişilməli idi”

Sayta qoyulub: 10:17 07.12.2017 (136 dəfə oxunub)

Formula1-in maliyyə rəhbəri Şon Bratçes bildirib ki, fanların yeni loqonu tənqid etməsi yaxşı haldır.

F-1.az xatırladır ki, Liberty Media 23 ildir istifadə edilən və elektron dövrdə geridə qaldığı düşünülən loqotipi dəyişib. Amma bu dəyişiklik müzakirələrə səbəb olub və fanatlar bu mövzuda iki yerə bölünüblər. Hətta sonuncu Dünya Çempionu Lyuis Həmilton da yeni loqotipi bəyənmədiyini deyib. Youtube üzərindən təqdim edilən videoda belə bəyənmədim düyməsi bəyəndim düyməsinə nisbətən iki dəfə çox basılıb.

Şon Bratçes: “Belə dəyişikliklər həmişə çətin olur. Xüsusən də çox sevilən markanın loqotipini dəyişdirmək çox çətindir. Sabiq loqo uzun illər burada idi və idmana yaxşı xidmət etdi. Amma bu dəyişikliyi etmədən əvvəl çox düşündük. Çeyz mənə zəng edib bu barədə deyəndən bəri ağlımda idi. Sabiq loqotip çox geridəqalmış idi. İdmanın hara getdiyini əks etdirə bilmirdi.

İnsanların fikirləri var və bu da o deməkdir ki, mövzunu ciddiyə alırlar. Bu idmanın və markanın məsulları olaraq bunu hiss edirik. Biz insanlara idmanın təkmilləşəcəyini göstərəcəyik. Loqotip dəyişəndə bilirdik ki, insanlar fərqli fikirlərə sahib olacaqlar. Bu, idman üçün yaxşıdır”.

XƏBƏR LENTİ