Zidan:"PSG ilə düşüb-düşməyəcəyimiz haqda düşünmürəm"

Sayta qoyulub: 10:13 07.12.2017 (183 dəfə oxunub)

Madrid Realının baş məşqçisi Zinəddin Zidan Borussiya üzərində qələbədən sonra  (3:2) Rafael Varanın zədəsi barədə söhbət açıb.

 

«Varan bizim üçün ciddi itkidir. Tibbi müayinədən keçməlidir. Özünün dediyinə görə ciddi bir şey yoxdur.Lakin yoxlamaq lazımdır. Şənbə günü oynamayacağı dəqiqdir.

 

Hazırda püşk haqqında düşünmürəm. PSG bu mövsüm əla oynayır. Çoxlu qol vurur. Lakin fikrimdə onlarla düşə biləcəyim yoxdur. Hazırda qələbədən zövq alır və Sevilya ilə oyunu düşünürəm», – deyə Zidan bildirib.

XƏBƏR LENTİ