Poçettino:"İngilis klubunun ÇL-i qazanması əla olardı"

Sayta qoyulub: 10:09 07.12.2017 (156 dəfə oxunub)

Tottenhemin baş məşqçisi Maurisio Poçettino Apoellə görüşə  (3:0) münasibət bildirib və ingilis klublarının perspektivindən danışıb.

 

«Biz çox xal topladıq. Bu fantastik bir nəticədir.Qarşıda uzun yol var. Püşkatmanı gözləməliyik.

 

Potensial rəqiblərimizin hamısı hörmət tələb edir və çox güclüdürlər.

 

1/8 finalda 5 ingilis klubu var. İndi biz təzyiqə dözüb final və ya yarımfinala yüksəlməliyik.Son illər turnirdə ispanlar dominantlıq edirdilər.

 

Komandamız əla oyun nümayiş etdirir. Hər-hansı bir ingilis klubunun turniri qazanması əla olardı», — deyə Poçettino qeyd edib.

 

 

XƏBƏR LENTİ