V.Rossi Alonso ilə komansa yoldaşı olmaq istəyir?

Sayta qoyulub: 08:08 07.12.2017 (140 dəfə oxunub)

MotoGP əfsanəsi Valentino Rossi bildirib ki, gələcəkdə fərqli seriyalarda yarışmaq istəyir.

F-1.az xatırladır ki, italiyalı 9 qat Dünya Çempionunun Yamaha komandası ilə müqaviləsi gələn ilin sonunda bitir. Bu isə o deməkdir ki, Doktor ləqəbli Rossi 2018-ci il mövsümünün sonunda MotoGP karyerasını bitirə bilər.

Valentino Rossi: “Sözün açığı, təqaüdə çıxmaqdan qorxuram. MotoGP karyeramı bitirsəm belə, fərqli seriyalarda 10 il yarışa bilərəm. Xüsusən də, 24 saatlıq Le Man marafonu mənə həmişə həzz verib. Eşitdim ki, Alonso da orada yarışacaq. Bəlkə, bir yerdə yarışarıq və sonra şam yeməyi yeyərik.

MotoGP-də bu il bizim komanda üçün pis keçdi. Bəlkə, 2016-cı ildə çempion ola bilərdim, amma bu il rəqiblərimizdən çox geridə qaldıq. Lakin bu qışı yaxşı dəyərləndirib güclü motosiklet hazırlamaq istəyirik”.

XƏBƏR LENTİ