J.Todt Şumaxerin vəziyyətindən xəbər verib

Sayta qoyulub: 08:07 07.12.2017 (137 dəfə oxunub)

Mixael Şumaxerin sabiq rəhbəri Jan Todt bildirib ki, Mixael Şumaxer yaşamaq uğrunda mübarizə aparmağa davam edir.

F-1.az xatırladır ki, Mixael Şumaxer təxminən 4 il əvvəl xizək kurortunda yıxılmış və ciddi zədələnərək komaya düşmüşdü. Amma əfsanəvi sürücü barədə, demək olar ki, rəsmi məlumat verilmir.

Jan Todt: “Mixael üçün darıxırıq. Mübarizə aparır. Şumaxer xüsusi adamdır və avtoidmanda böyük yeri var. Eyni zamanda mənim çox yaxın dostumdur. İstəyirik ki, artıq bizimlə olsun. Onunla xatirələrimi yada salanda mükəmməl adam olduğunu daha yaxşı anlayıram. İdmana və ətrafındakılara hörmət edərdi. Onsuz da insanlarla münasibətinə görə xüsusi sayılırdı. Ümid edirəm ki, bir gün tam olaraq sağalar və bir yerdə oturub söhbət edərik. Onun üçün darıxmışam”.

XƏBƏR LENTİ