Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Sayta qoyulub: 10:17 06.12.2017 (38 dəfə oxunub)

14-18 dekabr 2017-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. 


Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 


Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin Qitə və Dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olunacaq. Belə ki, yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə çıxan idmançılara normadan 2 kiloqramadək artıq çəkidə güləşməyə icazə veriləcək.


Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar. 


Proqram 


14 dekabr 2017-ci il

Saat 10:30-15:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər: 55, 63, 72, 82 və 97 kq 

Saat 17:00-17:30 - Yarışların açılış mərasimi

Saat 17:30-20:00 - Yunan-Roma güləşi üzrə yarımfinal və təsəlliverici görüşlər: 55, 63, 72, 82 və 97 kq


15 dekabr 2017-ci il

Saat 10:30-15:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər: 60, 67, 77, 87 və 130 kq 

Saat 16:30-18:30 - Yunan-Roma güləşi üzrə yarımfinal və təsəlliverici görüşlər: 60, 67, 77, 87 və 130 kq

Saat 18:30-20:00 - Yunan-Roma güləşi üzrə final görüşləri: 55, 63, 72, 82 və 97 kq


16 dekabr 2017-ci il

Saat 10:30-15:00 - Sərbəst güləş üzrə ilkin görüşlər: 57, 65, 74, 86 və 97 kq 

Saat 16:30-18:30 - Sərbəst güləş üzrə yarımfinal və təsəlliverici görüşlər: 57, 65, 74, 86 və 97 kq 

Saat 18:30-20:00 - Yunan-Roma güləşi üzrə final görüşləri: 60, 67, 77, 87 və 130 kq


17 dekabr 2017-ci il

Saat 10:30-15:00 - Sərbəst güləş üzrə ilkin görüşlər: 61, 70, 79, 92 və 125 kq 

Saat 16:00-18:00 - Sərbəst güləş üzrə yarımfinal və təsəlliverici görüşlər: 61, 70, 79, 92 və 125 kq 

Saat 18:00-20:00 - Sərbəst güləş üzrə final görüşləri: 57, 65, 74, 86 və 97 kq


18 dekabr 2017-ci il

Saat 11:00-14:00 - Sərbəst güləş üzrə final görüşləri: 61, 70, 79, 92 və 125 kq

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ

    istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
    Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
    Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
    cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat