Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Tahir Gözəl: "Ürəyim ağrayır"

Sayta qoyulub: 09:22 06.12.2017 (102 dəfə oxunub)

 

Tahir Gözəl: "Ürəyim ağrayır"
 

 

"Çox gözəl oyun alındı. Baxmayaraq ki, müdafiədə əsas oyunçlarımız oynamırdı. Amma klubumu təbrik edirəm, çox yaxşı oyun sərgilədilər". Bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI turunda səfərdə "Roma"ya minimal hesabla (1:0) məğlub olub. 

 

 

Oyundan sonra klub rəsmisi fikirlərini bildirib:

 

"Böyük komandaya qarşı oynayırdıq. Amma müdafiəçilərimiz işlərinin öhdəsindən layiqincə gəldilər. Bildiyimiz kimi, qrupumuzda "Atletiko" "Çelsi"dən xal aldı və "Roma" "Qarabağ"a qalib gəməklə qrup lideri oldu. Belə deyək, kimin hansı pillədə qərarlaşmasına "Qarabağ" qərar verdi. Əlbəttə, hansısa böyük klubun "Qarabağ"ın oyununun nəticəsini gözləməsi bizim üçün sevincli haldı. Bu gün "Roma"dan xal almaq istəsək də, alınmadı".   

- "Qarabağ" qrup mərhələsində 6 oyun keçirdi. Komandanın Çempionlar Liqasında çıxışını necə dəyərləndirirsiniz?

- "Çelsi" ilə ilk oyuna mən də daxil olmaqla, komanda şəkilində böyük həyəcanla çıxmışdıq. Çünki birinci oyun idi, böyük sınaq qarşısında idik. O oyunda böyük hesabla məğlub olsaq da, bunu normal qəbul etmək olar. "Atletiko" ilə hər iki oyundan razı qaldım. "Roma" ilə Bakıdakı oyundan sonra komandaya təşəkkkür etdim, əla görüş alınmışdı. Belə deyim, "Çelsi" ilə Bakıdakı oyun həyatımın ən ağır matçı idi. Hələ də yadımdan çıxmır, ürəyim ağrayır. Çünki hakimin Rəşad Sadıqova qırmızı vərəqə verməsi doğru qərar deyildi. Amma biz çarəsizik. Ümumiyyətlə, qrup oyunlarında çox qırmızı vərəqə aldıq. Etirazım yoxdu, amma mübahisəli qərarlara baxmaq gərəkdir.  

 

- "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdu. Ümumiyyətlə, komandanın bu mərhələdə xal qazanacağını gözləyirdiniz?

- Əlbəttə. Siz rəqiblərimizin səviyyəsinə baxın. Sözsüz ki, "Qarabağ" tarix yazdı. Əsas hədəfimiz "Qarabağ"ın adını dünyaya tanıtmaq idi. Sizi əmin edirəm ki, Avropada "Qarabağ"ın prezidenti olduğumu deyəndə, məni təbrik edirlər. Futbolsevərlər artıq "Qarabağ" adına hörmət edirlər. Bu, böyük bir uğurdu.

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat