Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Qarabağ"ın büdcə məhdudiyyəti var" - Tahir Gözəl

Sayta qoyulub: 07:57 06.12.2017 (79 dəfə oxunub)

“3-4 əsas futbolçumuz meydana çıxmasa da, çox gözəl oyun alındı. Komandamız yaxşı oyun nümayiş edirdi”.


Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Roma” ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Ağdam klubunun 0:1 hesabı ilə uduzduğu oyun haqda fikirlərini açıqlayan T. Gözəl komandanın çıxışından razı qaldığını bildirib:


“Roma” nəhəng klubdur. Buna baxmayaraq, futbolçularımız üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldilər. 1-2 epizodumuz oldu ki, onlar alınsaydı, qrupun taleyi dəyişəcəkdi. “Atletiko”nun tək ümidi biz idik. İş elə gətirdi ki, kimin hara gedəcəyini “Qarabağ” müəyyənləşdirdi. “Roma” – “Qarabağ” oyunu həlledici oldu. Kaş bərabərə qalsaydıq. Əslində məqsədimiz 1 xal idi. Amma hesab edirəm, mübarizədən alnıaçıq, qürurla çıxdıq”.


Klub prezidenti “Qarabağ”ın Çempionlar Liqasındakı ümumi çıxışını da dəyərləndirib: “Çelsi” ilə ilk oyuna böyük həyəcanla çıxmışdıq. Çünki qrupdakı ilk matçımız idi. Buna görə də Londonda böyük hesabla uduzduq. Ancaq “Roma” və “Atletiko” ilə oyunlarımızdan çox razı qaldıq. “Çelsi” ilə Bakıdakı görüş isə mənim üçün ən ağır oyunlardan biri oldu. Hələ də o epizod yadımdan çıxmır. Hakimin penalti verib-verməməsi onun öz əlindədir. Buna ehtiramla yanaşıram. Amma qırmızı vərəqə göstərməsinin yeri yox idi. Nə edə bilərdik? Çarəsiz idik. Həmin oyun mənə çox ağır təsir elədi. Ümumiyyətlə, oyunlarda çox qırmızı vərəqələr gördük. Bugünkü oyuna da baxmaq lazımdır, görək, oyundankənar vəziyyət var idimi. Etirazım yoxdur, ancaq baxmaq lazımdır. Mübahisəli epizoddur”.


T. Gözəl artıq Avropada “Qarabağ” adına hörmətlə yanaşıldığını ifadə edib: “Bu klubların tarixlərinə, alıb-satdığı oyunçulara baxanda, sözsüz ki, “Qarabağ”ın tarix yazdığını söyləmək olar. Bizim məqsədimiz “Qarabağ” adını Avropada tanıtmaq, eşitdirmək idi. Bu gün “Qarabağ”ın prezidentiyəm” deyəndə, dönürlər, məni təbrik edirlər. Artıq Avropada “Qarabağ”a ehtiramla yanaşırlar. Bu kollektivə keyfiyyətli oyun sərgiləyən, Avropa səviyyəli komanda kimi baxırlar. Bu, böyük uğurdur”.


T. Gözəl “Qarabağ”ın növbəti hədəflərini də açıqlayıb: “Komandamızın növbəti hədəfi öz oyunçularını yetişdirməkdir. Gərək, artıq buna üstünlük verək. “Qarabağ”ın büdcə məhdudiyyəti var. Hazırkı büdcə böyük klub saxlamağa imkan vermir. Sponsorun çiyninə ağır yük düşür. Bizim azarkeşlərimiz məcburi köçkünlərdir. Maddi baxımdan çətinlik çəkən qruplardır. Bunun bir yolu var: biz xaricdən legioner gətirməklə yox, öz yetirmələrimizdə irəliyə getməliyik. Bu gün komandada bir futbolçu zədələnəndə onu əvəz etməyə futbolçu tapmırıq. Büdcəmiz də imkan vermir ki, heyətin hamısını səviyyəli futbolçulardan təşkil edək. Bu baxımdan yerli futbolçulara,öz yetirmələrimizə yönəlməliyik. Stabilliyi qorumalıyıq. Qurban müəllimlə fikirlərimiz üst-üstə düşür. Bu yolla davam edəcəyik. “Qarabağ”ın gözəl bazası var. Artıq öz uşaqlarımız yetişirlər. Artıq 1-2 futbolçumuzdə işıq görürük. Sadəcə, vaxt lazımdır. 1-2 ilə futbolçu yetişmir. Hesab edirəm ki, bu, 4-5 illik layihədir. 5 il sonrakı yerli futbolçu ilə indiki arasında çox böyük fərq olacaq. Buna 100 faiz əminəm”.

 

 

"Qarabağ"ın büdcə məhdudiyyəti var" - Tahir Gözəl

 

 

 

 

qol.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat