Rusiyanın məşhur klubu satıldı

Sayta qoyulub: 13:29 05.12.2017 (171 dəfə oxunub)

Rusiyalı iqtisadçı Nikita Kriçevskiy SSKA-nın prezidenti Yevgeniy Ginerin komandanı satdığını bildirib.

 

«Qeyri-rəsmi məlumata görə ötən həftə Yevgeniy Giner SSKA futbol klubunu satıb. Bu ay bununla bağlə rəsmi məlumatın veriləcəyi gözlənilir.

 

Ginerin biznesi Sergey İvanovun  prezident adminstrasiyasının rəhbəri vəzifəsindən getməsindən sonra çöküb», – deyə Kriçevskiy rəsmi feysbuk səhifəsində qeyd edib.

 

Klubun idman direktoru Roman Babayev məlumata münasibət bildirməkdən boyun qaçırıb.

 

 

XƏBƏR LENTİ