Kamerun millisinin baş məşqçisi istefaya göndərildi

Sayta qoyulub: 08:21 05.12.2017 (144 dəfə oxunub)

Kamerun millisinin baş məşqçisi Uqo Bross istefaya göndərilib.

 

65 yaşlı belçikalı mütəxəssis 2016-cı ilin fevralınan komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında Kamerun millisi 2017-ci ildə Afrika Millətlər kubokunun qalibi olmuşdu.

 

Lakin Uqo Brosun başçılığı ilə komanda dünya çempionatına vəsiqə əldə edə bilməyib.

XƏBƏR LENTİ