Sloveniya millisinin yeni baş məşqçisi məlum oldu. Prosineçki deyil

Sayta qoyulub: 21:25 04.12.2017 (148 dəfə oxunub)

Sloveniya Futbol İttifaqı milli komandanın yeni baş məşqçisinin adını elan edib. Bu vəzifəni 64 yaşlı Tomaş Kavçiç icra edəcək. Onun müqvailəsi yanvar ayından qüvvəyə minəcək. Müqavilənin sonu 2020-ci il Avropa çempionatının təsnifat mərhələsinin axırıdır.


Kavçiç 2016-cı ilin avqust ayından bu ilin noyabrına qədər bundan əvvəlki baş məşqçinin Sreçko Katanesin korpusunda idi. Kataneslə müqavilə komandanın dünya çempionatına vəsiqə əldə edə bilməməsindən sonra uzadılmamışdı. Xatırladaq ki, Kavçiç  2008-2014 aralığında Sloveniyanın gənclərdən ibarə yığma komandasının baş məşqçisi olub. Əlavə edək ki, bir sıra mənbələr Sloveniya milli komandasının baş məşqçi postuna Robert Prosineçkinin namizəd olduğunu yazırdı.

 

 

XƏBƏR LENTİ